| ![]() AVA klinikasına xoş gəlmisiniz Uşağın anadan olması ülvi hisslər doğuran insan arzularından ən vacibidir. Ailə həyatı quranların bir çoxu üçün hamiləlik təbii yolla baş verir və onların övlad haqqındakı arzuları gerçəkləşir. Amma təəsüf ki, hər 6 ailədən biri sonsuzluq problemi ilə üzləşir. AVA klinika valideyn olmaq arzusunun həyata keçməsində çətinlikləri olanlar üçün yaradılmışdır. AVA klinika öz müştərilərinə hamiləliyin baş verməsi üçün bütün imkanları verməyə çalışır. Gözü yolda olanların daha çoxuna uğurlu hamiləliyin qismət olması üçün, böyük professional biliyə, personalın yüksək ixtisasa malik olması lazımdır.
Müayinə və müalicələrin növləri AVA klinika sonsuzluğun müalicəsi sahəsində perspektivli və çox vədverici təcrübələrə əsaslanaraq ixtisaslaşmışdır. Daimi beynəlxalq əlaqələr, tədris və inkişaf, həmçinin öz metodlarımızın təkmilləşdirilməsi nəticəsində biz öz ixtisas səviyyəmizi daima yüksəkdə saxlayırıq. AVA klinika, sonsuzluğun müalicəsi ilə məşqul olan, beynəlxalq miqyasda yüksək qiymət almış aparıcı tibb müəssisəsidir. • Hormonal müalicə Daha ətraflı "Süni mayalandırma" bölməsində baxın | ||||
|
|
|