| • Hormonal müalicə Hamiləlik necə başlayır? Hər bir hamiləliyin baş verməsi özü bir möcüzədir. Bu möcuzənin gerçəkləşməsi öz yerində və vaxtında ardıcıl olaraq baş verən bir çox hadisələrdən asılıdır. Fertil yaşında olan və uşaqtörətmə qabiliyyəti olan hər bir qadın organizmi, hər menstrual tsikl ərzində bir yumurtahüceyrə əmələ gətirir. Ovulyasiya menstrual tsiklin ortalarında baş verir. Yumurtahüceyrə yumurtalıqdan qopur və uşaqlıq boruları vasitəsilə uşaqlığa doğru hərəkət etməyə başlayır. Mayalanma adətən uşaqlıq borusunda baş verir. Spermatozoidin yumurtahüceyrə ilə görüşməsi üçün eyakulyasiyadan sonra spermatozoidlərə uşaqlıq yolundan başlayan, uşaqlıqboynundan keçərək uşaqlıq borularına qədər olan mürəkkəb bir yolu qət etmək lazım gəlir. Yumurtahüceyrənin xarici qişasına daxil olan birinci spermatozoid, qişanın strukturunu elə şəkildə dəyişir ki, digər spermatozoidlər artiq ora daxil ola bilmirlər. Spermatozoidin və yumurtahüceyrənin nüvələri qarışır, beləliklə mayalanma baş verir. Yumurtahüceyrə bölünməyə başlayır və onu artıq embrion adlandırırlar. O, uşaqlığa doğru yolunu davam etdirir və təqribən ovulyasiyadan 6-7 gün sonra uşaqlığın divarına yapışır. Bu birləşmənin baş verməsi üçün embrion, onu əhatə edən pellikuladan-embrion qişasından ayrılmalıdır. Embrion-birləşmə fazasında blastosistayadək inkişaf edir və bu zaman hüceyrələrin birinci diferensasiyası baş verir. Embrionun toxumaları blastosistanın daxili qat hüceyrələrindən formalaşır. Embrional plasenta isə onu əhatə edən trofoblast hüceyrə toxumasından inkişaf edir. Uşaqlığa birləşmiş embrion İQH (İnsan qonodotropin hormonu) ifraz etməyə başlayır. Hamiləliyin başlanmasını qanda və midikdə İQH-in miqdarını öyrənməklə təyin etmək olar. Hamiləlik niyə baş vermir? Embrionun mayalanması və birləşməsi çoxmərhələli bir prosesdir. Hamiləliyin baş verməsi üçün bütün mərhələlərin vaxtında və sonadək tamamlanması vacibdir. İlk növbədə yumurtahüceyrənin mayalanma qabiliyyəti məhduddur. O, bu qabiliyyəti ovulyasıyadan sonra cəmi 12 saat saxlaya bilir. Spermatozoidlər isə qadın orqanizmində 2-3 gün ərzində mayalandırma qabiliyyətini saxlaya bilirlər. Beləliklə insanların nəsiltörətmə qabiliyyəti çox da effektiv deyildir. Statistikaya görə fertil yaşda olan, normal cinsi həyat yaşayan, sağlam qadının bir menstrual tsikl ərzində hamilə qalmaq şansı 12-20%-dır. Hamilə qalmaq üçün mühüm şərtlər aşağıdakılardır: sağlam yumurtahüceyrələr törətmək, yumurtahüceyrələrin uşaqlıq boruları ilə maneəsiz hərəkəti, spermatozoidlərin mayalandırma qabiliyyətinin olması, embrionun uşaqlıq divarına birləşməsi. Bu mərhələlərin hər hansı birində müəyyən problem baş verərsə, hamiləliyin baş vermə şansı azalar və yaxud heçə enir. Sonsuzluğun səbəbləri Sonsuzluq qadın və yaxud kişi mənşəli, hətta ikitərəfli ola bilər. Sonsuzluğun baş verməsində ən çox rast gəlinən problemlər aşağıdakılardır: ovulyasiya zamanı yumurtahüceyrənin yetişməməsi, spermanın keyfiyyətinin aşağı olması, uşaqlıq borularının keçməməzliyi, endometrioz və s. Bir çox hallarda isə sonsuzluğun səbəbini ayırd etmək mümkün olmur. Belə halları biz mənşəyi aydın olmayan sonsuzluq adlandırırıq. Sonsuzluğun səbəbini araşdıraraq elmin müasir nəaliyyətlərini tədbiq etməklə bir çox hallarda arzuolunan hamiləliyi əldə edirik. Biz necə kömək edə bilərik? AVA klinikaya müraciət üçün, hər hansı həkim göndərişi tələb olunmur. Əgər bir il ərzində hamilə qalmaq cəhdləriniz nəticəsiz qalmışsa və ya menstrual tsiklin qeyri mütəmadi olması, yaş faktoru kimi hamiləlik şansını aşağı salan səbəblər məlumdursa, onda Siz AVA Skandinaviya klinikasına müraciət edə bilərsiniz. İlk qəbul İlk qəbulda Bizim mütəxəssis Sizinlə birlikdə, hamiləliyə mane ola biləcək bütün səbəbləri araşdıracaqdır. Bundan qabaq müalicə almışsınızsa, onun nəticələri də öyrəniləcəkdir. Bizim həkim Sizə mümkün olan müxtəlif müalicə üsulları və müvafiq olaraq hər bir halda hamilə qalmaq şansı (faizi) haqqında danışacaqdır. Bu görüş zamanı fərdi qaydada hər bir müştəri üçün əlavə müayinələrə olan tələbat müəyyən edilir və onun arzuları nəzarə alınmaq şərti ilə qrafik planlaşdırılır. Çox hallarda ilk görüş zamanı ultrasəs müayinəsi vasitəsilə uşaqlığın və yumurtalığın quruluşu öyrənilir. İlk görüş zamanı Sizi narahat edən bütün suallarınızı verə bilərsiniz. Bizim həkimlər, tibb bacıları və mütəxəssislər müalicə başlandıqdan sonra qarşınıza çıxan bütün suallara məmnuniyyətlə cavab verəcəklər. | |||||
|
|
|